Whatsappa yazın

Ozonoterapiya

Ozonoterapiya

Bu gün bir çox xəstəliklərin müalicəsində istifadə edilən ozon terapiyası orqanizmin müqavimətini artırır. İnfeksiyadan dəri xəstəliklərinə, diabetdən hepatitə qədər müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna bilən ozon müxtəlif üsullarla tətbiq edilir. Bu metodun tətbiqində mühüm amillərdən biri də ozon terapiyasının əks təsirlərinin demək olar ki, müşahidə edilməməsidir.

Ozon nədir?
Ozon qazı oksigenin qeyri-sabit triatomik (O3) formasıdır. Ozon xarakterik bir qoxuya malikdir.
Ozon iki əsas xüsusiyyətə malikdir;
  • Ozon yaxşı bir antioksidandır.
  • Ozon effektiv səthi dezinfeksiyaedicidir. Göbələklər və viruslar ozonla qarşılaşdıqda canlılığını itirirlər.
Tibbi tətbiqlərdə istifadə olunan oksigen-ozon qarışığının tərkibində 3-5% ozon var. Bu qarışıq tibbi ozon adlanır. Tibbi ozon xüsusi cihazların köməyi ilə təmiz tibbi oksigendən hazırlanır. Ozon terapiyası antioksidan sistemi aktivləşdirir. Hüceyrə regenerasiyasını və oksigenləşməni artırır. Qan istehsalını və dövranını tənzimləyir. Yaşlanma əleyhinə təsiri ilə qocalmanı gecikdirir, toxumaların bərpasını və möhkəmlənməsini təmin edir. Dopinq effekti ilə enerji verir. Ağ qan hüceyrələrinin istehsalını artırır. Bu hüceyrələr orqanizmi virus, bakteriya, göbələk və xərçəngdən qoruyur.

TƏTBİQ ÜSULLARI
Hansı üsul, hansı dozada və neçə seans tətbiq olunacağı xəstənin klinik vəziyyətinə uyğun olaraq həkim tərəfindən müəyyən edilir.

MAJOR  AUTOHEMOTERAPİYA (MAH): Xəstədən xüsusi üsullarla steril vakuum şüşəsində müəyyən miqdarda qan götürülür və həkimin təyin etdiyi dozada tibbi ozon qazı ilə reaksiya verildikdən sonra eyni yolla geri qaytarılır. Bu müalicə cəmi 15 dəqiqə çəkir. Müalicə müddətində və sonrasında pasiyentin həyat keyfiyyəti dəyişmədiyi üçün gündəlik həyatına qaldığı yerdən davam edə bilər.

MINOR AUTOHEMOTERAPİYA: Tibbi ozon qazı orqanizmin ehtiyaclarına görə təyin olunan qan miqdarı ilə ozonlandıqdan sonra əzələyə yeridilir.

REKTAL AUTOHEMOTERAPİYA: Rektal yol yaşlı, kaxeksik (son dərəcə zəif), şüuru qapalı və ya uşaq xəstələrdə tətbiq oluna bilər.

İNSUFLASİYA: Ozon qazının bədən boşluğuna üfürülməsi deməkdir. Ozon terapiyasında insuflasiya əsasən rektal və ya vaginal boşluqda aparılır. Ozonun qulaq və ya burun boşluğuna tətbiqi üçün insuflasiya da istifadə edilə bilər.

TOPBALAMA: Diabetik ayaq, əməliyyatdan sonra sağalmayan yaralar, yataq yaraları kimi açıq yaralarda istifadə olunur. İntraartikulyar: Tibbi ozon qazının intraartikulyar (oynaq içinə) tətbiq edilir.
İntraartikulyar: Tibbi ozon qazının intraartikulyar (oynaq içinə) tətbiq edilir.
İNTRADISKAL: Tibbi ozon qazı yırtıqlarda və onurğanın müxtəlif pozğunluqlarında onurğaya vurulur.


Ozon terapiyasının tətbiq olunduğu vəziyyətlər:
  • COVID-19, Hepatit B, Hepatit C, Herpes simplex, Herpes zoster daxil olmaqla virus xəstəlikləri;
  • İmmundefisit və immun balansın pozulması, immun sisteminin tənzimlənməsi;
  • Virus, bakterial və göbələk infeksiyaları;
  • Revmatik xəstəliklər, o cümlədən romatoid artrit, fibromiyalji;
  • Bel, boyun yırtıqları;
  • Dəri xəstəlikləri;
  • Xoralı kolit, Kron xəstəliyi;
  • Allergiyalarda;
  • Astma, KOAH, xroniki bronxit;
  • Dağınıq skleroz (MS), miqren, əzələ revmatizmi, depressiya, serebral iflic, Parkinson, Alzheimer kimi nevroloji xəstəliklər;
  • Şəkərli diabet, hipertoniya, hipertiroidizm, qaraciyər yağlanması, hiperkolesterolemiya və s. kimi xroniki xəstəliklərin qarşısını alır, xəstəlik zamanı istifadə edildikdə isə pisləşməsinin qarşısını alır.
  • Kimyaterapiyada və xroniki xəstəliklərdə istifadə olunan dərmanların effektivliyini artırır, onların əlavə təsirlərini azaldır;
  • Dekubit xoraları (yataq yaraları), zəif sağalan yaralar, diabetik ayaq yaraları, yanıqlar;
  • Xərçəng hüceyrələrinin böyüməsinə və çoxalmasına maneə törədir.
  • Arterial qan dövranı problemləri
  • Aterosklerozda piləyləri parçalayır. Bu yolla damarlardakı tıxanmaları təmizləyir, toxuma və orqanlarda daha yaxşı oksigenləşmə baş verir.
  • Menstrual disfunksiyalar, fibroma, PCOS kimi ginekoloji xəstəliklər
  • Cinsi disfunksiyalarda.

Ozon terapiyasının tətbiq oluna bilməyəcəyi vəziyyətlər:
  • Hamiləlik;
  • Qlükoza-6-fosfat-dehidrogenaz çatışmazlığı (favizm);
  • Ozon allergiyası olan pasientlərdə.

Sizin üçün buradayıq!
Sual verin, cavablandıraq