Piylənmə nədir?

Piylənmə nədir?

Piylənmə nədir?

Piylənmə - bədəndə piy toxumasının həddən artıq toplanmasıdır. ÜST və ya Dünya Piylənmə Federasiyasının tərifi ilə desək, piylənmə orqanizmdə xroniki, residivləşən və proqresivləşən bir xəstəlikdir. Piylənmə son əsrin epidemiyası kimi də adlandırılır. Dünya üzrə piylənmənin inkişafı 1975-ci illərlə müqayisədə 3 dəfə artış və 2016-cı ildə 13% piylənmədən əziyyət çəkir və bu cür tendensiya davam edərsə 2030-cu ildə dünya əhalisinin yarısının piylənmədən əziyyət çəkəcəyi proqnozlaşdırılır.


Səbəb nədir? Piylənmə multifaktorial bir xəstəlikdir, yəni burda artıq qida qəbulu və az fiziki aktiv olmaq yetərli deyil və digər faktorların da rolu böyükdür.

Burda insani faktordan əlavə, həm də ətraf mühitin rolu da böyükdür. 

Piylənmə xəritəsinə baxsaq burada: sosial təsir, fərdi psixologiya, qidanın qəbulu, qida mühiti, fiziki fəallıq, biologiya (insanın genetikası və epigenetikası) rol oynayır.


Piy toxumasının toplanması tipinə görə:
•1. Abdominal (android, mərkəzi).
•2. Ginoid (sağrı-bud).
•3. Qarışıq.

Bədən Kütlə İndeksinin təyini (BKİ):
•Kütlənin (kq) boyun kvadratına (metrlərlə) nisbəti.

BKİ dəqiq göstərici deyil və bəzi insan kateqoriyalarında piylənmə dərəcəsini düzgün əks etdirmir:
Uşaqlarda boyatma dövründə;
•65 yaşdan böyük insanlarda;
•İdmançılarda və əzələ toxuması çox yaxşı inkişaf etmişlərdə;
•Hamilələrdə


Qərb ölkələrində: kişilərdə bel dairəsi: 94-102
Xanımlarda 80-88 götürülür.

BKİ – 30-34 – 1ci dərəcəli piylənmə
BKİ – 35-39 – 2ci dərəcəli piylənmə
BKİ – 40 üzəri – 3cü tip piylənmə.

Asiya ölkələrində isə
Bəylərdə bel dairəsi: 90 yuxarı
Xanımlarda isə 80 yuxarı

Piylənmənin idarə olunmasında yuxarıda qeyd olunan faktorlar gözə alınaraq, fərdi şəkildə müalicə protokolu tərtib edilir. 

Sizin üçün buradayıq!
Sual verin, cavablandıraq